"Final oyununa görə mübarizə gedirdi. Çətin rəqibimiz var idi. Həqiqətən çox sevinirik. İkinci dəfədir ki, finala çıxırıq. Komanda olaraq buna inanırdıq".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinalında "Qarabağ"a penaltilərlə qalib gələrək (5:4) finala çıxdıqları oyundan sonra mətbuat konfransında deyib.
- Hər iki cəbhədə mübarizə aparırıq. Bu heç də asan deyil. İlk oyunda 7 əsas futbolçumuz yox idi. Komandada əzmkarlıq gördüm. Taktiki cəhətdən hər şey qaydasında idi. Oyun ərzində bir neçə qol imkanımız olsa da fürsətləri dəyərləndirə bilmədik. Hər kəsi təbrik edirəm. Çempionat davam edir, bu son deyil. Çalışacağıq ki, uğurlu sonluq olsun. Biz bunu haqq edirik. "Qarabağ"a da uğurlar arzu edirəm.
- Sanki komanda üzvləri sizdən çox sevinirdi...
- Deməzdim.. Mənim üçün böyük qələbədir. Futbolçularımı soyunub-geyinmə otağında gözləyirdim ki, təbrik edim. Ola bilsin oyunun stresi var idi.
- Qapıçı Aydın Bayramov əsas heyətdə yerini haqq etdi. Siz də belə düşünürsünüz?
- Statistikaya nəzər yetirsək, demək olar hər iki qapıçımız eyni sayda oyun keçirib. Onlar ikisi də millinin üzvüdür. Bu qapıçılar Azərbaycan çempionatında çox oyun keçiriblər. Hər iki qapıçıya inanırıq. Aydın demişdim ki, kubokda finala vəsiqə qazansaq, finalda da sən qapıda olacaqsan. O yerini haqq etdi.
- Elvin Məmmədov penaltini qaçıranda hansı hissləri keçirdiniz?
- Penalti seriyası çox həssas məqamdır. Penaltini vuran əsas futbolçular müəyyən səbəblərdən meydanda deyildi. Əli, Rəhim, Mehdi yox idi. Meydanda əsasən müdafiəçilər idi. Hər bir futbolçu penaltini qaçıra bilərdi. Məğlub da ola bilərdik. Amma Elvin özünü yaxşı tərəfdən göstərdi.
- Penaltilərdən əvvəl Aydın Bayramova hansı tövsiyyələri verdiniz?
- İnamımız var idi ki, Aydın bizə kömək edəcək. Məşqlərdə özünü yaxşı tərəfdən göstərmişdi. O məqamda qapıçıya hansısa tövsiyyəni vermək düzgün olmaz.
- Sanki ilk dəqiqələrdən oyunu penalti seriyasına daşımaq istəyirdiniz.
- İlk olaraq məqsəd uduzmamaq idi. Bilirdik ki, 1 qol bizi finala apara bilər. Biz 1 qol vursaydıq, rəqib 2 qol vurmalı idi. Oyun ərzində bir neçə epizod əldə etdik, amma futbolçular yorulmuşdu. Çempionatın sıx qrafikində oynayırıq, əlavə 30 dəqiqə oynamaq asan deyil. Amma yenə də penalti seriyasında şansınımızı yoxlamaq istəyirdik.
- İkinci dəfədir ki, finala vəsiqə qazandınız. İlk finalda "Qəbələ"yə məğlub olmuşdunuz. Buna görə futbolçuları psixoloji cəhətdən kökləmək çətin olmayacaq?
- O vaxt rəqib "Qəbələ" idi, bizdən daha təcrübəli idilər. 3 il dalbadal final oyanmışdılar. Bu il isə bizim təcrübəmiz var. Rəqibimiz də axşam bilinəcək.
- Siz hansı rəqibin qalib olmasını istəyirsiniz?
- Bu suala cavab verməyim düzgün olmaz
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq