"Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Qol.az xəbər verir ki, o, 2:2 hesabı ilə bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Həftəboyu bu oyuna çox yaxşı hazırlaşmışdıq. "Neftçi"nin zəif və güclü tərəflərini təhlil etmişdik. Oyun əvvəldə də yaxşı gedirdi. Bu, sırf hesabda önə keçməyimizə görə deyildi. 20-25 dəqiqədən sonra gərginliyin yaranması artıq oyundan futbolçulara keçdi və ümumi matçı dəyişdi. Hakim ümumi oyunu əldən verdi. Buna baxmayaraq, qələbəyə daha çox biz layiq idik. Bu gün "Neftçi" bir xalı qazandı.
- Bəhlul Mustafazadə təcrübəli müdafiəçidir. Qırmızı vərəqə aldığı epizodlarda dirsəklə rəqibi vurması nə dərəcədə düzgündür?
- O, belə epizodlarda daha diqqətli olmalıdır. Epizoda baxıb, təhlil edəcəyik. Bəhlulun komandanı azlıqda qoyması xoşagəlməz hadisə idi. Ruslan Abışov təcrübəlidir. Onun meydana daxil olmasından sonra təcrübəsi özünü göstərdi.
- Üç qırmızı vərəqə futbolçularınızın intizamsızlığı ilə bağlıdır, yoxsa hakimliklə?
- İntizamsızlıq deməzdim. 20 dəqiqədən sonra hakimin oyunu əldən verməsi bu yerlərə gətirib çıxardı. Mən futbolçumun qırmızı vərəqə almasını hakimin boynuna yıxmıram. Epizodlara daha diqqətlə baxıb, dəyərləndirmək lazımdır.
- Saşa Stamenkoviçin vaxtı aparmasına münasibətiniz necədir?
- Bu gün çempionluğa oynayan komanda xal itirdi. Samir Abasovun bizim qapıçıya münasibət bildirməsini başa düşə bilmirəm. Amma harda görünüb ki, üç qırmızı vərəqədən sonra qapıçı vaxtı aparmasın? Onlar kimi biz də xal qazanmalıyıq. Nə etməliydik? Tez başlamalıydıq ki, gəlib qol vursunlar? Rəqib baş məşqçinin bizim futbolçular haqda fikir bildirməsini başa düşmürəm. Gərək biz də rəqib oyunçular haqda münasibət bildirək? (matc.az)
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq