Bakıdakı oyunlarda azarkeş sayı 75 faizə qədər artırıla bilər

Bakıdakı oyunlarda azarkeş sayı 75 faizə qədər artırıla bilər
ÖLKƏ FUTBOLU 23 Aprel 2021 / 14:52 1484
-  A +

Avro-2020-nin Bakıda keçiriləcək oyunlarında azarkeş sayı artırıla bilər.

Qol.az xəbər vevrir ki, bunu UEFA-nın İcraiyyə Komitəsinin üzvü Sərvət Yardımcı Türkiyə mətbuatına açıqlamasında deyib.

Onun sözlərinə görə, azarkeş sayı stadionun tutumunun 50 faizindən 75 faizinə qədər artırıla bilər: “İki oyunumuzu Azərbaycanda keçirəcəyik. Onlar stadionun 50 faizinin dolacağını təsdiqlədilər. Bu, 75 faizə qədər də arta bilər. Evimizdə oynayacağıq. Bu səbəbdən yaxşı olardı ki, matçlarımızda tribunaların 75 faizi dolsun. Bilirik ki, bütün stadion bizi dəstəkləyəcək. Orada çox uğurlu çıxış edəcəyimizə inanırıq”.

Xatırladaq ki, Türkiyə millisi iyunun 16-da Uelslə, 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq. Eləcə də 1/4 final mərhələsinin 1 oyunu bu arenada keçiriləcək.

Daha çox


Son xəbərlər
topaz banner