Hakimi yumruqla vuran futbolçuya 5 illik cəza - Video

Hakimi yumruqla vuran futbolçuya 5 illik cəza -  Video
VİDEO 7 Mart 2021 / 13:50 1653
-  A +

Qvatemalanın üçüncü divizionunda mübarizə aparan “San-Lorenso Coqo Fut” klubunda çıxış edən Erik Entoni Qarsiya 5 illik futboldan uzaqlaşdırılıb.

Qol.az ESPN-ə istinadən xəbər verir ki, Qarsiya yerli çempionatda “Tiburones”lə keçirilən matçda hakimi yumruqla vurduğu üçün cəzalanıb.

Oyunun 72-ci dəqiqəsində qırmızı vərəqə alan Qarsiya bu qərarla razılaşmayıb və hakimin üzünə yumruqla vurub. Qarsiya 5 illik futboldan diskvalifikasiya olunub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı