"Rembo Okan" Albayraka hücum etdi - Video

"Rembo Okan" Albayraka hücum etdi -  Video
VİDEO 7 Fevral 2021 / 10:36 2850
-  A +

Türkiyə Superliqasının 24-cü turunda keçirilən "Fənərbaxça" - "Qalatasaray" oyunundan sonra gərgin anlar yaşanıb.

Qol.az xəbər verir ki, “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak jurnalistlərə açıqlama vermək istəyərkən meydan sahiblərinin azarkeşinin hücumuna məruz qalıb.

Okan adlı bir “Fənərbaxça” azarkeşi Albayrakı vurmaq istəyib. Mühafizəçilər dərhal müdaxilə edərək azarkeşi oradan uzaqlaşdırıblar. “Rembo Okan” ləqəbli fanat Albayraka “Bura nə üzlə gəlmisən” deyib.

Xatırladaq ki, “Fənərbaxça” – “Qalatasaray” matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər
topaz banner