Türkiyənin “Qalatasaray” klubunda yeni qalmaqal yaranıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna baş məşqçi Frank Raykaardın tərcüməçisi Mustafa Yücedağın hollandiyalı mütəxəssisin fikirlərini jurnalistlərə olduğu kimi çatdırmaması səbəb olub. Raykaardın transfer çalışmaları haqda fikirlərinin tərcüməçi tərəfindən çatdırılmaması jurnalistlərin qəzəbinə səbəb olub. Məlumatda bildirilir ki, Yücedağın ilk belə davranışı hələ Almaniyada təşkil olunan “Fənərbaxça” – “Qalatasaray” oyunundan sonrakı mətbuat konfransında baş veribmiş. O zaman Raykaardın “əlimizdəki heyət budur” sözlərini jurnalistlərə çatdırmayan tərcüməçi “Sivasspor”la superliqa oyunundan sonra əməlli-başlı ağ edib. Həmkarlarımızdan birinin “Qalatasaray” heyətini formalaşdırmaqda gecikdimi” sualını Raykaarda “üç cəbhədə vuruşmaq üçün heyət yetərlimi”? şəklində çatdıran Yücedağ növbəti sualla yanaşı, cavabı da tamamilə təhrif edib. “Ötən və bu mövsümkü “Qalatasaray” arasındakı fərqin səbəbi nədir?” sualının cavabını tərcümə edərkən, zala toplaşan bütün mətbuat işçilərini şoka salıb. Hollandiyalı mütəxəssis “transferler olmu. Olmur və səbəbini də mən bilmirəm. Bəlkə olanlar yetərli deyil. Yaxud da olanlar arasında lazımı anlaşma əldə etmək mümkün deyil. Amma bir şeyi bilirəm ki, işlərimiz yaxşı getmir. Səbəbini isə bilmirəm”. Mustafa Yücedağ isə bu sözləri “Bu mövzuyla bağlı danışmaq istəmirəm, amma transferlərlə bağlı klub rəhbərliyi çalışır” deməklə kifayətlənib.
Qeyd edək ki, “Qalatasaray”ın yüksək rütbəli şəxslərindən olan Adnan Sezginin istəyi ilə kluba gətirilən Yücedağın Raykaardın sözlərinə senzura qoymasının da arxasında məhz yuxarıdan gələn tapşırıqların rol oynadığı iddia olunur.
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi
“Fənərbaxça”nın mövsümdəki ilk məğlubiyyəti - Video