Millimizin və "Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan mətbuatına müsahibə verib. Qol.az xəbər verir ki, 25 yaşlı qolkiper klubundakı çıxışından və Azərbaycan millisindəki debütündən danışıb.
- Emil, bir az öz haqqınızda danışın. Azarkeşlər üçün futbola necə gəlməyiniz və ailənizlə bağlı danışmağınız maraqlıdır.
- Bir çox futbolçu kimi, mən də futbola həyətdə başladım. Bu idman növünə olan sevgimi görən babam məni futbola yazdırmaq qərarına gəldi. Əmim peşəkar səviyyədə futbol oynayırdı, amma çox erkən yaşlarında diz zədəsi səbəbindən karyerasına son qoymuşdu. O vaxtlar əməliyyatlar daha mürəkkəb idi, müalicələr indiki kimi aparılmırdı. Buna görə əməliyyatdan sonra futbolu tərk etmək qərarına gəldi. Mən uşaq olanda əmim və babam həmişə oyunlarıma gəlirdi. Atam da idmanla məşğul olub, boksçu idi.
- "Tobol" variant necə yarandı? Bura gəlməzdən əvvəl Qazaxıstan futbolu haqqında nə bilirdiniz?
- Əvvəllər bir neçə Qazaxıstan komandası - "Tobol", "Astana", "Ordabasi və "Kayrat" haqda eşitmişdim. Çünki Azərbaycan çempionatında oynayan və sonradan Qazaxıstana köçən bəzi oyunçular var idi. Məsələn, Riçard Almeyda, Pedro Enrike, Nika Kvekveskiri əvvəllər Azərbaycan çempionatında oynamışdılar. Buna görə də onların keçidləri və Qazaxıstan Premyer Liqası barədə eşitmişdim. Seçimə gəlincə, “Tobol”dan mənə maraq var idi və qərara gəldim ki, yenidən legioner həyatı yaşayım. İndi qərarımdan peşman deyiləm.
- Artıq 27 tur geridə qalıb, müəyyən nəticələr çıxarmaq olar. Premyer Liqanın səviyyəsini necə görürsünüz? Azərbaycan çempionatı ilə müqayisə edərdiniz...
- Müqayisə etsək, görərik ki, burda Azərbaycandakından daha çox komanda var. Qazaxıstan böyük ölkədir, dünyada doqquzuncudur, bu üzdən səfər oyunları üçün uzaq məsafələr qət etməli olursan. Bu da maraqlıdır. İlk vaxtlar buna uyğunlaşmaq çətin idi, amma indi tam öyrəşmişəm və hər şey yaxşı gedir. Qazaxıstanda daha çox atletik futbol oynayırlar, Azərbaycanda isə texniki oyuna üstünlük verilir.
- "Tobol" çempionluq uğrunda mübarizəni davam etdirir. Bu mövsüm qızıl medal qazanmaq şansınız nə dərəcədə realdır?
- Deyərdim ki, mümkünsüz heç nə yoxdur. Hər oyuna maksimum hazır vəziyyətdə çıxırıq və üç xalla ayrılmaq istəyirik. Əvvəlcədən konkret nəsə demək istəmirəm, amma klub olaraq ən yüksək hədəflərə çatmağa çalışırıq.
- "Tobol" ardıcıl 7 oyundu qol buraxmır və bunun 6-da qapıda siz dayanmısınız. Qapıçıdan bilmək maraqlıdır, belə bir uğurun sirri nədi?
- Bəli, komandamız bir neçə oyundur qol buraxmır ki, bu, müsbət amildir. Amma düşünmürəm ki, burda kiminsə şəxsi əməyi var. Bu, hər bir futbolçunun və məşqçinin zəhmətinin nəticəsidir. Futbol kollektiv oyundur. Mənə bu quru seriyaya nail olmağa kömək olan bütün futbolçulara minnətdaram.
- Bu yaxınlarda Jasur Narzikulov komandanıza qoşuldu. Klubda qapıçıların münasibəti necədir?
- Çox mehriban kollektivimiz var və qapıçılar bir-biriləri ilə yaxşı ünsiyyətdədirlər. Əlbəttə ki, oyununuzdan asılı olmayaraq - yaxşı və ya pis olduğunuz zaman komanda yoldaşlarınızın sizə səmimi münasibət bəsləməsi müsbət haldır. Hər matçdan sonra həm Jasur, həm də Sultan Busurmanov mənə dəstək olur. Bu cür dəstəyi hiss etdiyiniz zaman sizə əlavə inam və güc gəlir.
- Xorvatiyaya qarşı matçda milli komandanızda debüt etdiniz və oyununuz möhtəşəm alındı. Buna görə sizi təbrik edirik. Təəssüratlarınız necədir və ümumilikdə matç barədə nə deyə bilərsiniz?
- Oyundan əvvəl bilirdik ki, ciddi rəqiblə - dünya çempionatının gümüş medalçıları ilə qarşılaşacağıq. Bizi yüksək səviyyəli futbolçularla duelin gözlədiyini başa düşürdük və komanda buna hazırlaşırdı. Hər kəsin, xüsusən də, mənim böyük arzum var idi. Çünki millidə debüt edirdim. Düşünürəm ki, belə oyunlarda hər futbolçunun həyəcanı olur, ancaq bu mənə mane olmadı. Düzgün konsentrasiya olunmuşdum, diqqətli idim. Allaha şükürlər olsun, oyun komandamız üçün uğurlu alındı.
- Bir az da dünya futbolu haqda danışaq. Hansı qapıçılar sizi heyran edir, kumiriniz varmı? Və hansı klubda oynamağı xəyal edərdiniz?
- Düzünü deyim, konkret hansısa klubda oynamaq xəyalım olmayıb, amma İngiltərə Premyer Liqasında oynamağı çox istərdim. Qapıçılara gəlincə, kumirim yoxdur. Lakin oyun üslubunu bəyəndiyim qapıçılar var. Edersonun ayaqla oynaması xoşuma gəlir. Həmçinin Noyer, Kasilyas və Çexi bəyənirəm.
- Nəhayət, azarkeşlərə müraciətiniz.
- Bazaya girəndə stadionumuzun köhnə fotolarını görürəm, tribunalar dolu olduqda, oturacaqlar olmadığı üçün insanlar hətta "Tobol"un matçlarını ayaq üstə seyr ediblər. Hal-hazırda oyunlarımıza gələn hər bir azarkeşə böyük hörmətim var və şadam ki, bizi dəstəkləyirlər. Ancaq çox istərdim ki, əvvəllər olduğu kimi tribunalar dolsun. Ümid edirəm və inanıram ki, son vacib oyunlarda azarkeşlərimiz bizi tək qoymayacaqlar.
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
DÇ-2026-da günün oyunları - İngiltərə 1/8 finalda
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video
"Bura turist kimi gəlməmişik"
"Şəfa"dan ilk legioner transferi
Azərbaycan millisinin oyunu Gəncədə!
Türkiyə millisinin üzvü "Trabzonspor"da- Rəsmi
"Barselona" ilə müqaviləni uzatdı
Yamal: "DÇ-2026-nın qalibi olacağam"
Polis Almaniya Futbol İttifaqına basqın etdi
Kapitanla yola davam - Rəsmi
"Liverpul" müdafiəçi transfer etdi
MEDİA müsabiqələrin nəticələrini açıqlayıb
Elvin Cəfərquliyev start heyətdə
Lempardla müqavilə uzadıldı
“Kayzerslautern” Mahiri təbrik etdi - Şəkil
Zinçenko klubsuz qaldı
Özbəkistan millisi qəhrəman kimi qarşılandı - Şəkillər
İnfantino Trampa 10 bilet hədiyyə edib
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Deşam dünya çempionatlarının tarixinə düşdü
Mbappe Messi ilə bombardirlik yarışından danışdı
UEFA "Çelsi" və "Nyukasl"ı cərimələdi
"İnter"dən ayrıldı, "Panatinaikos"a keçdi
Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək
Fransanın böyükhesablı qələbəsi - Video
Meksika millisi 40 illik həsrətə son qoydu
Ronald Kuman istefa verdi
“Neftçi”nin 4 rəqibi
Mbappe Messini keçdi - Bombardirlik yarışı
Mundialda 1/8 finalın daha 2 cütü məlum oldu