Ukraynalı jurnalisti Roman Bebex hazırda “Səbail”də oynayan Maykl Essyenlə müsahibə üçün Bakıya səfər edib.
Qol.az-ın məlumatına görə, Yutubdakı “Bombardir” kanalı üçün hazırlanan geniş reportajda Bayıl qəsəbəsindən fraqmentlərə də yer verilib. Bundan başqa, “Səbail” klubunun rəsmisi də reportajda fikirlərini bildirib. O deyib ki, Essyenin “Səbail”ə transferi sırf təsadüf nəticəsində alınıb. O, bu məsələnin Essyenin Bakıya səfəri zamanı yemək masası arxasındakı söhbət zamanı həll olunduğunu söyləyib. “Ona burda oynayarsanmı deyə fikrini soruşduq. O da müsbət cavab verdi” deyə klub rəsmisi Ramin Həsənov bildirib.
Reportajın gedişatında jurnalist və Essyen Bakının mərkəzi hissəsində gəzintiyə çıxıb, eləcə də bazarlardan birində alış-veriş də ediblər.
Essyen “Çelsi”də çıxış etdiyi vaxt komandanın baş məşqçisi olmuş Joze Mourinyo ilə aralarındakı maraqlı dialoq haqda da danışıb:
“Qana millisinin düşərgəsindən qayıtmışdım. “Vest Bromviç”lə oyunumuz vardı. Oyun saat 12.00-da başlayırdı. Start heyətdə idim və pis oynayırdıq. Fasilədə hamımız yorğun idik. Mourinyo mənə dedi ki, hər şey yaxşıdır? Dedim, belə də. Cavab verdi ki, onda özünü ələ al, sənə 35 milyon pul vermişik, bu nə mənasız oyundur oynayırsan (gülür)”.
Müsahibədə “Səbail” klubunun fəaliyyəti barədə də danışılıb.
Reportaja aşağıdakı videoda baxa bilərsiniz
DÇ-2026: Günün oyunları
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video
"Bura turist kimi gəlməmişik"
"Şəfa"dan ilk legioner transferi
Azərbaycan millisinin oyunu Gəncədə!
Türkiyə millisinin üzvü "Trabzonspor"da- Rəsmi
"Barselona" ilə müqaviləni uzatdı
Yamal: "DÇ-2026-nın qalibi olacağam"
Polis Almaniya Futbol İttifaqına basqın etdi
Kapitanla yola davam - Rəsmi
"Liverpul" müdafiəçi transfer etdi
MEDİA müsabiqələrin nəticələrini açıqlayıb
Elvin Cəfərquliyev start heyətdə
Lempardla müqavilə uzadıldı
“Kayzerslautern” Mahiri təbrik etdi - Şəkil
Zinçenko klubsuz qaldı
Özbəkistan millisi qəhrəman kimi qarşılandı - Şəkillər
İnfantino Trampa 10 bilet hədiyyə edib
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Deşam dünya çempionatlarının tarixinə düşdü
Mbappe Messi ilə bombardirlik yarışından danışdı
UEFA "Çelsi" və "Nyukasl"ı cərimələdi
"İnter"dən ayrıldı, "Panatinaikos"a keçdi
Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək
Fransanın böyükhesablı qələbəsi - Video
Meksika millisi 40 illik həsrətə son qoydu
Ronald Kuman istefa verdi
“Neftçi”nin 4 rəqibi