Millimizin Avropa çempionatındakı rəqibləri sentyabrın 24-də müəyyənləşəcək

Millimizin Avropa çempionatındakı rəqibləri sentyabrın 24-də müəyyənləşəcək
XƏBƏR 18 Sentyabr 2009 / 15:35 1813
-  A +

Sentyabrın 24-də Bakı vaxtı ilə saat 19:00-da Macarıstanın Debretsen şəhərindəki Kelçey konqress mərkəzində futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan Futzal Federasiyasının nümayəndəsi Ramin Axundov və milli komandanın baş məşqçisi Joze Alesio Da Silva iştirak edəcək.
Xatırladaq ki, mart ayında Portuqaliyanın Vyana Do Kaştelyo şəhərində təşkil olunmuş Avropa çempionatının əsas seçmə mərhələ oyunlarında uğurla çıxış edən millimiz (Azərbaycan - Potuqaliya 3:3, Polşa-– Azərbaycan 3:4, Azərbaycan - Finlandiya 5:1) final mərhələsində çıxış etmək hüququ qazanıb.
Avropa çempionatında 12 komanda - Azərbaycan, Belçika, Belarus, Çexiya, İtaliya, Portuqaliya, Rusiya, Serbiya, Sloveniya, İspaniya, Ukrayna, Macarıstan - mübarizə aparacaq. Oyunlar 2010-cu il yanvarın 19-dan 30-dək Macarıstanın iki şəhərində - Budapeştdəki «Laslo Papp Arena» və Debretsendəki «Feniks Arena»da keçiriləcək.

Daha çox


Son xəbərlər