«Turan»ın məşqçisi: «Bir xal da pis deyil»

XƏBƏR 29 Noyabr 2008 / 16:32 3580
-  A +

Tovuzun «Turan» klubunun baş məşqçi köməkçisi Etimad Qurbanov «Qəbələ»yə qarşı keçirilən oyundan və nəticədən razı qaldıqlarını söyləyib. Qol.Az-ın məlumatına görə, bu gün matçdan sonra keçirilən mətbuat konfransında E.Qurbanov bildirib ki, «Turan»ın futbolçuları əzmkar oyun nümayiş etdiriblər, rəqibə layiqli müqavimət göstəriblər: «Bir-iki epizodda qol vura bilərdik. Amma sırf hücumçu buraxmamışdıq deyə, real imkandan istifadə edə bilmədik. Bununla belə bir xal da pis deyil».

 

Daha çox


Son xəbərlər