Smollinq "Roma"dan ayrıldı

Smollinq "Roma"dan ayrıldı
DÜNYA FUTBOLU 5 Avqust 2020 / 09:42 2403
-  A +

Roma”nın müdafiəçisi Kris Smollinq klubdan ayrılıb.
 
Qol.az xəbər verir ki, bunu 30 yaşlı futbolçu sosial şəbəkə hesabında açıqlayıb.
 
Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan Smollinq icarə sazişinin bitdiyi üçün paytaxt təmsilçisini tərk edib.
 
Qeyd edək ki, “Roma” Smollinqi mövsümün əvvəlində icarəyə götürmüşdü. İtaliya klubu onu heyətində saxlamaq istəsə də, "Mançester Yunayted"lə razılığa gələ bilməyib. İngilis futbolçu başa çatan mövsümdə "Roma" ilə 37 oyuna çıxıb və 3 qol, eyni sayda da məhsuldar ötürmə ilə fərqlənib.


Son xəbərlər