İki Olimpiya kompleksi koronavirus xəstələri üçün ayrılır

İki Olimpiya kompleksi koronavirus xəstələri üçün ayrılır
XƏBƏR 4 Avqust 2020 / 17:41 2148
-  A +

Azərbaycanda 2 Olimpiya İdman Kompleksinin təyinatı müvəqqəti olaraq dəyişdirilir.

Qol.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova bildirib.

Abşeron və Hövsan Olimpiya İdman Kompleksləri koronavirus pandemiyası ilə mübarizə çərçivəsində modul tipli xəstəxanaya çevrilir.

Bununla bağlı sabah açılış mərasimi keçiriləcək. Tədbirdə Gənclər və İdman Naziri Azad Rəhimov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı iştirak edəcəklər.

Daha çox


Son xəbərlər