“Real”ın oyunçuları mükafatdan imtina etdi

“Real”ın oyunçuları mükafatdan imtina etdi
XƏBƏR 7 İyul 2020 / 13:20 2759
-  A +

"Real Madrid"in futbolçuları bu mövsüm La Liqanın qızıl medallarını qazanacaqları halda çempionluq mükafatından imtina edəcəklər.

Qol.az xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Eduardo İnda "El Chiringuito" telekanalının canlı efirində bildirib.
Onun sözlərinə görə, oyunçular koronavirusla bağlı yaranmış maliyyə çətinliyini anlayışla qarşılayırlar. Onlar kluba dəstək məqsədilə bu addımı atmağa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, "Real Madrid" 34 turdan sonra 77 xalla turnir cədvəlinə başçılıq edir. "Kral klubu" sona 4 tur qalmış ən yaxın izləyicisi "Barselona"nı 4 xal qabaqlayır.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi