İtaliya kubokunun təqvimi bilindi

İtaliya kubokunun təqvimi bilindi
DÜNYA FUTBOLU 5 İyun 2020 / 01:35 2255
-  A +

Koronavirus pandemiyasına görə dayandırılmış İtaliya kubokunun oyunlarının təqvimi müəyyənləşib.
 
Qol.az xəbər verir ki, bu barədə ölkənin idman naziri Vinçentso Spadafora yerli mətbuata açıqlamasında məlumat verib.

“Milan”ın "Yuventus” qarşılaşacağı yarımfinal görüşü iyunun 12-də, “Napoli” - “İnter” matçı isə bir gün sonra olacaq. İyunun 17-nə isə final qarşılaşması nəzərdə tutulub.
 
Qeyd edək ki, İtaliya A Seriyasının iyunun 20-də bərpa ediləcəyi gözlənilir.


Son xəbərlər