Türkiyə klubunun futbolçuları koronavirusdan sağaldı

Türkiyə klubunun futbolçuları koronavirusdan sağaldı
XƏBƏR 31 May 2020 / 21:34 1201
-  A +

Türkiyənin “Yeni Malatyaspor” klubu növbəti dəfə koronavirus testindən keçib.
 
Qol.az xəbər verir ki, futbolçu və məşqçi heyətindən, eləcə də klubda çalışanlardan götürülən bütün testlərin nəticəsi neqativ çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Superliqa təmsilçisində bundan əvvəlki testdə beşi futbolçu olmaqla 8 nəfərdə koronavirus aşkarlanmışdı.

Qeyd edək ki, mart ayında koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Superliqasının iyunun 12-də bərpa olunacağı açıqlanıb.

Daha çox


Son xəbərlər