"Kiməsə virus yoluxdurmamışam" - Fatih Terim

 "Kiməsə virus yoluxdurmamışam" -  Fatih Terim
XƏBƏR 8 Aprel 2020 / 11:00 1228
-  A +

"Çox şükür, son testimin nəticəsi mənfi oldu. Hər kəsdən xahiş edirəm, virusla mübarizədə bir an diqqətdən yayınmayın”.

Qol.az xəbər verir ki, bu sözləri  “Qalatasaray”ın baş məşqçisi Fatih Terim Türkiyə mətbuatına açıqlamasında deyib.

Bir müddətdir koronavirusdan əziyyət çəkən və pandemiyaya qalib gələn çalışdırıcı bundan sonra ev şəraitində karantində olacağını bildirib: “Mənə virusun kimdən keçdiyini bilmirəm. Ancaq kimisə virusa yoluxdurmamışam. Çox diqqətli davrandım. Bundan sonra da karantin qaydalarına riayət etməyə davam edəcəyəm".

Daha çox


Son xəbərlər