Beyl infeksiyaya yoluxdu - Evə göndərildi

Beyl infeksiyaya yoluxdu - Evə göndərildi
DÜNYA FUTBOLU 20 Fevral 2020 / 14:23 3526
-  A +

"Real"ın futbolçusu Qaret Beyl mədə infeksiyasına görə komandanın məşqini tərk edib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Zinəddin Zidan virusun digər oyunçular arasında yayılmaması üçün uelsli oyunçunu evə göndərib.

Eyni səbəbdən Loka Yoviç də komandanın məşqini buraxıb. Onların La Liqada fevralın 22-i "Levante"yə qarşı keçiriləcək matçda iştirak edib-etməyəcəyi məlum deyil.


 


Son xəbərlər