Aquero yenə zədələndi - 1 ay oynamayacaq

Aquero yenə zədələndi -  1 ay oynamayacaq
DÜNYA FUTBOLU 27 Oktyabr 2020 / 19:38 1200
-  A +

“Mançester Siti”nin hücumçusu Serxio Aquero yenidən zədələnib.

Qol.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Pep Qvardiola Britaniya mətbuatına açıqlayıb.

O bildirib ki, argentinalı futbolçu 3-4 həftə meydana çıxa bilməyəcək: "Aquero zədəlidir. Bir futbolçu 4-5 aydan sonra meydana çıxırsa, zədələnmək riski olur. Onun zədəsini sağaltması 3-4 həftə çəkə bilər. Bütün futbolçulara, hər kəsin tam hazır olmasına ehtiyacımız var”.

Qeyd edək ki, uzun müddətdir zədədən əziyyət çəkən Aquero yenicə sağalmışdı. O, bu mövsüm cəmi bir oyunda iştirak edib.

 


Son xəbərlər