İngiltərədə fanatları ən çox həbs edilən klublar açıqlandı

İngiltərədə fanatları ən çox həbs edilən klublar açıqlandı
DÜNYA FUTBOLU 19 Oktyabr 2020 / 10:36 1824
-  A +

İngiltərədə 2019/20 mövsümündə azarkeşləri daha çox həbs edilən klublar bəlli olub.

Qol.az-ın xəbərinə görə, “Daily Star” nəşri bununla əlaqədar Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin məlumatlarına əsaslanaraq araşdırma aparıb. Məlum olub ki, “Lids”in fanatları daha çox qayda pozublar. Bu klubun 52 azarkeşi müxtəlif hərəkətlərə görə həbs ediliblər. Onlardan 19 nəfəri ictimai asayişi pozduğuna, 15 nəfəri içkili halda xuliqanlıq, 10 nəfər zorakılıq etdiyinə, 3 nəfəri kənar əşya atdığına, 2 nəfəri meydançaya girdiyinə, 3 nəfəri isə silah və pirotexniki vasitə gəzdirdiyinə görə saxlanılıb.

Siyahıda sonrakı yerləri “Birmingem” (49), “Bolton” (45), “Aston Villa” (31), “Vest Hem” (30), “Mançester Siti” (29) və “Kardiff” (27) tutublar.


Son xəbərlər