Nazim Süleymanov: "Komandamın əzmkar qələbəsi məni sevindirdi"

Nazim Süleymanov: "Komandamın əzmkar qələbəsi məni sevindirdi"
PREMYER LİQA 9 Fevral 2010 / 16:57 2881
-  A +

"Bu oyun hər iki komanda üçün əhəmiyyətli idi. Oyun çox ağır keçdi. İlk hissədən etibarən sayca azlıqda qalmağımıza baxmayaraq, komandanın əzmkar qələbəsi məni sevindirdi. Futbolun gözəlliyi qoldur. Hər iki komanda mübarizə aparsa da, oyunda cəmi bir qol vuruldu". Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri Unibank Premyer Liqasının XIX turu çərçivəsində keçirilən “Muğan” – “Olimpik-Şüvəlan” matçının oyunsonrası mətbuat konfransında “təyyarəçi”lərin baş məşqçisi Nazim Süleymanov deyib.

Son xəbərlər