Qurban Qurbanov: "Transfer məsələlərinə xüsusi önəm veririk"

PREMYER LİQA 16 Yanvar 2010 / 01:51 3246
-  A +

“Qarabağ” klubunun Antalyadakı təlim-məşq toplanışı davam edir. Qol.Az-ın məlumatına görə, hazırlığın gedişi barəsində baş məşqçi Qurban Qurbanov klubun rəsmi saytına fikirlərini bildirib: “Hazırlığımız istər fiziki, istərsə də texniki-taktiki baxımdan planauyğun davam edir. Transfer məsələlərinə xüsusi önəm veririk. Bir neçə futbolçu artıq düşərgəmizdədir. Digər futbolçular isə yaxın günlərdə bizə qoşulacaqlar. Yeni gələnlərin arasından doğru seçim etməyə çalışacağıq”. Qeyd edək ki, “Qarabağ” hazırlıq çərçivəsində ilk yoxlama görüşünü yanvar ayının 17-də milli komandamızın müdafiəçisi Mahir Şükürovun bu yaxınlarda müqavilə bağlayacağı “Anji”yə qarşı keçirəcək.

Son xəbərlər