"Bakı"nın baş məşqçisi: "Ardanın kapitan olmasını mən istədim"

"Bakı"nın baş məşqçisi: "Ardanın kapitan olmasını mən istədim"
XƏBƏR 7 Noyabr 2009 / 00:30 1868
-  A +

"Bakı" klubunun baş məşqçisi Bülənt Qorxmaz son zamanlar Türkiyə mediasında tənqid edilən "Qalatasaray"ın futbolçusu Arda Turan haqqında fikirlərini bildirib. Qol.Az-ın radyospor-a istinadən verdiyi məlumata görə, Qorxmaz "Qalatasaray"ın baş məşqçiliyini etdiyi zaman Ardanın komandanın kapitanı olması üçün prezident Adnan Polata müraciət etdiyini deyib. "Arda çox istedadlı futbolçudur. Düzdür, bəzən mediaya ehtiyac duyulmayan gərəksiz açıqlamalar verir. Mən də gəncliyimdə bir çox səhvlər etmişəm. İstənilən futbolçunun eniş dövrü olur. Təbii ki, Arda da bəzi zamanlarda zəif çıxış edə bilər. Onun komandanın kapitanı olmasını rəhbərlikdən mən istəmişdim. Ardanın "Qalatasaray"ın kapitanlığını layiqincə yerinə yetirə biləcəyinə inanıram."

Daha çox


Son xəbərlər