Abramoviç bir nahar üçün 52 min dollar hesab ödədi

Abramoviç bir nahar üçün 52 min dollar hesab ödədi
XƏBƏR 2 Noyabr 2009 / 15:23 2020
-  A +

Dünyaya göz açandan 18 ay sonra 3 yaşında atasını itirən, yetimxanalarda yoxsulluq içərisində böyüyən, Moskva küçələrində uşaq oyuncaqları satan, ancaq hüquq fakültəsini bitirib 26 yaşında iş adamı olan və qısa müddətdə yüksələn Roman Abramoviç indi başqa məziyyətləriylə insanları təəccübləndirməyə davam edir. Türkiyə mətbuatının verdiyi məlumata görə, hazırda 7 milyard dollar sərvətiylə dünyanın 51-ci ən varlı adamı olan Roman Abramoviç Nyu-Yorkda sevgilisi Daria Zukova və dostları ilə birlikdə nahar etmək üçün bu günlərdə “Nello” restoranına yollanıb.

Roman Abramoviç bu nahar üçün ən az, nə çox, 47 min 221 dollar hesab ödəyib. Xidmətçilərə verdiyi bəxşişlər də üstünə gəlinərsə, bu nahar ona 52 min dollara başa gəlib.

Nyu-Yorkun ən bahalı restoranları sırasında yer alan “Nello”da 10 nəfər üçün sifariş verən Roman Abramoviç dostları ilə birgə 2 şüşə “Petrus” (10 min dollar), 3 şüşə “Romanee Conti” (15 min dollar), 2 şüşə “Cristal Rose” (10 min dollar) şərabı içiblər. Eyni zamanda ət yeməyi olaraq fileminyon yeyib, bəyaz şokoladlı tort dadıblar.

Mənbə: lent.az


Son xəbərlər