Qurban Qurbanov: “Futbolçularda yorğunluq hiss olunurdu”

Qurban Qurbanov: “Futbolçularda yorğunluq hiss olunurdu”
XƏBƏR 21 Oktyabr 2009 / 19:51 1785
-  A +

"İlk növbədə komandama minnətdarlığımı bildirmək istəyirəm. Çətin də olsa, qələbə qazana bildik”. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Muğan”la oyunsonrası mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Qurbanov sıx qrafikə görə oyunçularda yorğunluq yarandığını söyləyib: “Oyunların qrafiki çox sıx olduğundan komandamızda yorğunluq hiss olunurdu. Zədəli futbolçuların olması da oyunumuza öz təsirini göstərdi”.

 

Daha çox


Son xəbərlər