Ramiz Məmmədov: “Qəbələ” hələ formasının zirvəsində deyil”

Ramiz Məmmədov: “Qəbələ” hələ formasının zirvəsində deyil”
XƏBƏR 21 Oktyabr 2009 / 19:20 1827
-  A +

“Futbolçularımı göstərdikləri oyun və qazandıqları qələbə münasibəti ilə təbrik edirəm. “Neftçi” bilirik ki, həmişə güclü rəqib olub. Bu gün də bunun şahidi olduq. İnanıram ki, qısa zamanda Vaqif Sadıqov komandanı ən yaxşı səviyyəyə gətirəcək. Özümüzə gəlincə, meydana heç də ideal vəziyyətdə çıxmamışdıq. Aparıcı futbolçularımızdan Kənan Kərimov, Maksim Starakodov və Qoqa Beraya zədədən əziyyət çəkirlər. Buna baxmayaraq zədəli-zədəli meydançaya çıxıb layiqincə mübarizə apardıqları üçün onlara təşəkkür edirəm”.  Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün Unibank Premyer Liqasının təxirə salınmış III turu çərçivəsində Qəbələdə Bakının “Neftçi” komandasını 1:0 hesabı ilə məğlub edən “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib. Qələbəyə baxmayaraq o, komandasının hələ də pik nöqtəyə çatmadığını düşünür: “Düzdür, bu gün yaxşı oynadıq və qələbə qazandıq. Lakin düşünürəm ki, “Qəbələ” hələ də formasının zirvəsində deyil. Qarşıdakı 3-4 oyunda komandam bundan da yaxşı oyun nümayiş etdirəcək, mən buna əminəm”.


 

Daha çox


Son xəbərlər