Bülənt Qorxmaz: “İnter”lə oyunda qələbədən başqa bir nəticə düşünmürük”

Bülənt Qorxmaz: “İnter”lə oyunda qələbədən başqa bir nəticə düşünmürük”
XƏBƏR 19 Oktyabr 2009 / 12:04 1723
-  A +

“3 gün sonra daha bir çətin oyunumuz var. "İnter"lə qarşılaşmada qələbə üçün meydana çıxacağıq. Başqa bir nəticə haqda düşünmürük”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz UniBank Premyer Liqanın növbəti turu çərçivəsində “İnter”ə qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib. Qarşıdakı matça ciddi hazırlaşacaqlarını söyləyən Qorxmaz hədəflərinin çempionluq olduğunu bildirib: “Ümumiyyətlə, təkcə “İnter”lə deyil, bütün oyunlara 3 xal qazanmaq üçün çıxacağıq. Çünki məqsədimiz çempionluqdur ".

Daha çox


Son xəbərlər