Maradonadan yeni qalmaqal (VİDEO)

Maradonadan yeni qalmaqal (VİDEO)
DÜNYA FUTBOLU 27 Oktyabr 2014 / 22:00 3621
-  A +

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona növbəti dəfə qalmaqal yaradıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, sevgilisi Rosio Olivanı döyüb. D.Maradona sevgilisinin onun yanında olarkən telefona baxmasına əsəbiləşib və ona yumruq atıb. Bununla bağlı yayılan videoda əfsanəvi futbolçunun spirtli içki qəbul etdiyi görülüb.

Qeyd edək ki, Maradona bundan əvvəl fanatını döyüb, ondan müsahibə almaq istəyən jurnalisti isə şilləyib.



Son xəbərlər