Avropa Liqasında 3-cü tura start verildi

Avropa Liqasında 3-cü tura start verildi
DÜNYA FUTBOLU 22 Oktyabr 2014 / 22:53 5855
-  A +

Avopa Liqasının qrup mərhələsinin III turunun oyunlarına bu gün keçiriləcək bir görüşlə start verilib.

Qol.Az-ın məlumatına görə, Kiyevdə baş tutacaq oyunda "Metallist" (Ukrayna) və "Legiya" (Polşa) komandaları üz-üzə gəlib.  Qarşılaşma "Legiya"nın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, sabah Kiyevdə qrup mərhələsinin daha bir oyunu - "Dnepr" - "Qarabağ" matçı keçiriləcək. UEFA qaydalarına əsasən, eyni şəhərdə bir gün ərzində iki avrokubok matçı keçirilə bilməz. Bu səbəbdən "Metallist" - "Legiya" oyunu bir gün öncəyə təyin olunub.







22 oktyabr

Avropa Liqası, qrup mərhələsinin III tur 

21:00. "Metallist" (Xarkov, Ukrayna) - "Legiya" (Polşa) - 0:1
Qol:
Duda, 28 (0:1) 


Son xəbərlər