UEFA-dan "Qalatasaray"a maliyyə sanksiyası

UEFA-dan "Qalatasaray"a maliyyə sanksiyası
DÜNYA FUTBOLU 20 Oktyabr 2014 / 22:38 5303
-  A +

"Qalataray" UEFA-ya 50 min avro məbləğində cərimə ödəyəcək.

Qol.Az-ın xəbərinə görə, bu barədə qitənin ali futbol qurumunun saytı məlumat yayıb. "Qalatasaray" azarkeşləri Çempionlar Liqasının ikinci turunda səfərdə "Arsenal"a qarşı matçda meydançaya məşəl atdığı üçün UEFA İstanbul klubuna bu cəzanı tətbiq edib.

Bundan başqa, "Qalatasaray"ın 30 gün ərzində stadiona dəyən  maddi ziyanı ödəməsi tələb olunub.


Son xəbərlər