İspaniya kubokunun püşkü atıldı

İspaniya kubokunun püşkü atıldı
DÜNYA FUTBOLU 17 Oktyabr 2014 / 15:57 5543
-  A +

İspaniya kubokunda 2014/2015 mövsümünün püşkatma mərasimi keçirilib. 

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, tədbirdə 1/16 final və digər mərhələlərin cütlükləri müəyyənləşib.

"Barselona", "Real" (Madrid) və "Atletiko" (Madrid) klubları ilk "dördlük"də qərarlaşıb. Bu da o deməkdir ki, azarkeşlər 1/8 finalda Madrid derbisini izləyə biləcəklər. "El-Klassiko" isə yalnız 1/4 finalda mümkün olacaq.

Qeyd edək ki, 1/16 finalın ilk oyunları dekabrın 3-də, cavab qarşılaşmaları isə ayın 17-də keçiriləcək. Klublararası dünya çempionatında iştirak edəcək "Real"ın "Kornelya" ilə oyunları 29 oktyabr - 3 dekabr tarixlərində keçiriləcək.





3-17 dekabr

İspaniya kuboku, 1/16 final

"Hueska" - "Barselona"

"Kornelya" - "Real" (Madrid)

"L'Hospitalet" - "Atletiko (Madrid)"

"Alkoyano" - "Atletik" (Bilbao)


"Kadiz" - "Vilyareal"

"Oviedo" - "Real Sosyedad"

"Sabadell" - "Sevilya"

"Alaves" - "Espanyol"


"Albasete" - "Levante"

"Las Palmas" - "Selta Viqo"

"Betis" - "Almeriya"

"Valyadolid" - "Elçe"


"Rayo Valyekano" - "Valensiya"

"Qetafe" - "Eybar"

"Qranada" - "Kordoba"

"Deportivo" - "Malaqa"


Son xəbərlər