Əhməd Ticani: “Cəzalanmağımı normal qarşıladım"

Əhməd Ticani: “Cəzalanmağımı normal qarşıladım"
XƏBƏR 3 Sentyabr 2009 / 22:20 2621
-  A +

“Həqiqətən də vətənimə yollanarkən 3-4 günə Bakıya geri qayıtmağı planlaşdırırdım. Lakin Nigeriyada ailəmlə bağlı problem yarandı. Məhz bu səbəbdən Azərbaycana gec qayıtdım”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Bakı”nın hücumçusu Əhməd Ticani deyib. Nigeriyalı futbolçu klubu tərəfindən cəzalandırılmasına da münasibət bildirib: “Təəssüf ki, problemlər ucbatından avrokuboklarda komandama kömək edə bilmədim. Amma inanıram ki, çempionatda “Bakı”ya faydam dəyəcək. Hazırda var gücümlə məşq edirəm. Tezliklə formamı bərpa edib, komandama kömək etməliyəm. Cəzalanmağıma gəlincə, bunu normal qarşıladım”.

Daha çox


Son xəbərlər