"Simurq"dan yeni transfer xəbərləri

XƏBƏR 31 Avqust 2009 / 19:58 2100
-  A +

“Simurq” “Transfer pəncərəsi"nin son günü 3 yeni futbolçu ilə müqavilə  imzalayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bir müddət əvvəl komandanın düşərgəsində baxışda olan belaruslu hücumçu Andrey Şeryakov və ukraynalı qapıçı Vitali Postranski qarşıdakı 1 il ərzində Zaqatala komandasının şərəfini qoruyacaq. Ötən mövsümü "Simurq"da keçirən və çempionat başa çatdıqdan sonra klubdan göndərilən Samir Abdulov da Zaqatalaya qayıdıb və onunla müqavilənin müddəti 1 illiyə uzadılıb. Abdulov komandada 28, Şeryakov 29, Postranski isə 77 nömrəli futbolkanı geyinəcək.

Daha çox


Son xəbərlər