Coko Haciyevski Berti Foqtsun qərarına münasibət bildirdi

Coko Haciyevski Berti Foqtsun qərarına münasibət bildirdi
XƏBƏR 31 Avqust 2009 / 14:42 1855
-  A +

“Bəxtiyar çox yaxşı futbolçudur. Böyük prespektivi var. Onu böyük gələcək gözləyir. Bəlkə də “Bazel”lə cavab oyununda bir qədər zəif çıxış etdiyindən milliyə çağırmayıblar”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Bakı”nın baş məşqçisi Coko Haciyevski komandasının üzvü Bəxtiyar Soltanovun millidən kənarda qalmasına münasibət bildirərkən deyib. Makedoniyalı mütəxəssis bildirib ki, Bəxtiyarın tezliklə millidəki yerini qaytaracağına şübhə etmir: “Amma hesab edirəm ki, bu müvəqqəti xarakter daşıyır. Çünki çempionatın növbəti turlarında Bəxtiyarın gözəl çıxış edərək, millidəki yerini qaytaracağına şübhə etmirəm”.
Hacoyevski eyni zamanda milliyə dəvət almayan digər futbolçusu - Fabio Luis Ramim haqda da danışıb: “Fabionun dəvət almamasını normal qarşıladım. Çünki Fabio “Bakı”nın heyətində avrokuboklarda çox zəif təsir bağışladı. Öz imkanından qat-qat aşağı çıxış etdi”.
       


 

Daha çox


Son xəbərlər