“Tvente”nin hücumçusu: “Qarabağ”a ilk oyunda qol vurmasaq Bakıda çətin olacaq”

“Tvente”nin hücumçusu: “Qarabağ”a ilk oyunda qol vurmasaq Bakıda çətin olacaq”
XƏBƏR 12 Avqust 2009 / 13:22 2090
-  A +

“Qarabağ” haqqında ətraflı məlumata malik deyiləm. Amma bu, o demək deyil ki, rəqibə hörmət etmirəm. Tək mən yox, bütün komanda onlarla oyuna ciddi hazırlaşır. İlk oyunu evdə keçirməyimiz bəlkə də yaxşı olmadı. Amma bu, bir tərəfdən bizə cütlüyün taleyini Hollandiyada həll etmək şansı verir.İlk oyunda mütləq qol vurmalıyıq. Bunu bacarmasaq, Bakıda bizə çətin olacaq”. Qol.Az-ın məlumatına görə, bu sözləri Hollandiyanın “Tubanita” qəzetinə verdiyi açıqlamasında Avropa Liqasının 4-cü təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubunun rəqibi olacaq Hollandiyanın “Tvente” klubunun gənc hücumçusu Lyuluk de Yonq deyib. 19 yaşlı futbolçu dünən Enhede klubunun əvəzedici komandasının heyətində keçirdiyi oyun  və etdiyi het-trikdən məmnun olduğunu deyib: “PSB ilə oyun yoxlama görüşü olsa da məni üçün çox faydalı oldu. Het-trik etməyim lap əla oldu. İnanıram ki, Avropa Liqasında da bu qolların ardı gələcək”.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi