Elxan Məmmədov: “Azərbaycan - Almaniya oyununa artıq 8 min bilet satılıb”

Elxan Məmmədov: “Azərbaycan - Almaniya oyununa artıq 8 min bilet satılıb”
XƏBƏR 10 Avqust 2009 / 18:55 2136
-  A +

“Almaniya ilə oyunun hazırlığına artıq 3 aydır başlamışıq. İnanıram ki, təşkilatçılığımız tam yüksək səviyyədə olacaq”. Qol.Az-ın məlumatına görə, jurnalistlərlə görüşündə bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib. AFFA rəsmisi Azərbaycan - Almaniya oyununa sifariş olunan biletlərin satışı barədə də məlumat verib: “Bildiyiniz kimi, oyuna biletləri AFFA-nın inzibati binasından, stadionun kassalarından, eləcə də bilet satış mərkəzlərindən əldə etmək mümkündür. Məndə olan məlumata görə, artıq oyuna 8 min bilet satılıb. Lakin matça hələ 2 gün var. Ona görə də əminəm ki, satılan biletlərin sayı daha çox olacaq”. 

Daha çox


Son xəbərlər