“Qarabağ”la milli komanda arasında problem yoxdur

XƏBƏR 10 Avqust 2009 / 15:54 1938
-  A +

“Komandamız gündə bir dəfə olmaqla Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda hazırlığını davam etdirir. Heyətimizdə heç bir ciddi itki yoxdur”. Bu sözləri Qol.Az-a Ağdamın “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib. İbrahimov eyni arenanın xidmətindən istifadə edən Azərbaycan milli komandası ilə aralarında hələki stadionla bağlı problem yaşanmadığını deyib: “Bəli, ikimiz də eyni arenanın imkanlarından istifadə edirik. Amma hələ ki, aramızda heç bir problem yaşanmayıb. İnanırıq ki, bundan sonra da yaşanmaz”.

Qeyd edək ki, son vaxtlar Suraxanı stadionunda hazırlıq keçən milli komanda ilə “Qarabağ” arasında arena ilə bağlı narazılıq yaranmasına dair söhbətlər dolaşmaqdadır.

 

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi