“Simurq” Gürcüstan klubuna böyükhesabla qalib gəldi

XƏBƏR 9 Avqust 2009 / 20:11 2834
-  A +

Bu gün Zaqatala stadionunda "Simurq" Azərbaycan çempionatı öncəsi sonuncu yoxlama görüşünü keçirib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Gürcüstan birinci dəstə təmsilçisi "Qaqra" ilə üz-üzə gələn Zaqatala klubu hər hissədə iki dəfə fərqlənməklə böyükhesablı qələbə qazanıb - 4:0. Qollara hərəyə iki dəfə fərqlənən Nikolay Petrov Valev və Andrey Şeryakov imza atıblar. Bir neçə gündür "Simurq"un düşərgəsində baxışda olan sonuncunun taleyinə bu gün və ya sabah aydınlıq gələcək.


Son xəbərlər