MOİK “Qarabağ”la bərabərə qaldı

XƏBƏR 9 Avqust 2009 / 18:28 1808
-  A +

Mərkəzi Ordu İdman Klubu (MOİK) “Qarabağ”ın əvəzedici heyəti ilə yoxlama matçı keçirib. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, “Şəfa” stadionunda baş tutan oyun heç-heçə nəticələnib - 2:2.
“Hərbçilər”dən Fərid Həşimzadə və Elnur Əhmədov fərqləniblər. Bu, MOİK-in ardıcıl ikinci 2:2 hesabıyla başa çatan oyunu olub. Xatırladaq ki, MOİK iki gün öncə eyni stadionda “Turan”la görüşüb və matç 2:2 hesabı ilə başa çatıb.
Ordu klubu növbəti mövsümə hazırlıq prosesi çərçivəsində daha bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.


Son xəbərlər