“Gəncə” yoxlama oyununda qələbə qazandı

XƏBƏR 8 Avqust 2009 / 21:18 1961
-  A +

Yeni mövsümdən etibarən ölkə çempionatının birinci divizionunda çıxış edəcək “Gəncə” hazırlığını davam etdirir. Fuad İsmayılovun yetirmələri bu gün yeni mövsümə hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, “Gəncə” səfərdə Mingəçevirin “Energetik” komandasıyla qarşılaşıb. Rövşən Əhmədovun idarə etdiyi matç qonaqların 2:1 hesablı qələbəsiylə yekunlaşıb. “Gəncə”nin heyətində hər iki qolu İbrahim Hüseynov vurub.
Bir müddət əvvəl Qazaxda “Göyəzən”lə yoldaşlıq matçı keçirən “Gəncə” daha bir neçə hazırlıq matçında qüvvəsini sınamaq fikrindədir. Fuad İsmayılovun komandasının yaxın günlərdə “ABN-Bərdə” və “Karvan”ın əvəzedici heyəti ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər