“Bakı” aparıcı müdafiəçisini itirdi

XƏBƏR 8 Avqust 2009 / 21:11 2232
-  A +

Avqustun 20-də Avroliqanın təsnifat mərhləsinin ilk oyunları çərçivəsində İsveçrənin “Bazel” klubuyla qarşılaşacaq “Bakı” qarşıdakı matçın hazırlıqlarını davam etdirir. Qol.Az-ın məlumatına görə, “zolaqlılar” “Bazel”lə oyunöncəsi ciddi itkiylə üzləşib. Komandanın aparıcı müdafiəçisi Rafael Barbosa zədələnib. Braziliyalı arxa xətt oyunçusu “Bazel”ə qarşı keçiriləcək hər iki matçı buraxacaq. Barbosa təxminən 3 həftə meydana çıxmayacaq.
Eyni zamanda cəzalı olduğundan “Bazel”lə Bakıdakı matçda forma geyməyəcək Felipe Almeyda Feliksdə zədəlidir. Lakin həmyerlisindən fərqli olaraq, Feliksin təxminən bir həftəyə sıraya dönəcəyi gözlənilir.
“Bakı”nın bugünkü məşqində daha dörd futbolçu da iştirak etməyib. Feliks və Barbosadan fərqli olaraq, Fabio Luis Ramim, Cəmşid Məhərrəmov, Saşa Yunusoğlu və Bəxtiyar Soltanov hazırda milli komandanın düşərgəsindədirlər. 

Daha çox


Son xəbərlər