"İnter" "Slaviya"ya məğlub oldu

XƏBƏR 3 Avqust 2009 / 13:28 1817
-  A +

Hazırlığını Bolqarıstanda davam etdirən "İnter" bu ölkənin "Slaviya" komandasıyla yoxlama görüşündə üz-üzə gəlib. Oyun dünən Bakı vaxtıyla saat 20.30-da baş tutdu. Qol.Az-ın məlumatına görə, Kaxaber Sxadadze üçün təcrübə və  yeni futbolçuları sınaqdan çıxartmaq xarakteri daşıyan qarşılaşma 2:0 hesabıyla bolqarların xeyrinə başa çatdı. Komandamızın qapısından qolları 16-cı dəqiqədə Junior, 55-ci dəqiqədə isə İvanov vurub. Qeyd edək ki, bu gün komandamız iki məşq planlaşdırıb ki, onlardan biri səhər artıq olub. İkinci məşq isə axşam baş tutacaq. 


Son xəbərlər