İngiltərə Liqa kuboku: "Çelsi" mübarizəni dayandırdı

İngiltərə Liqa kuboku: "Çelsi" mübarizəni dayandırdı
DÜNYA FUTBOLU 18 Dekabr 2013 / 02:20 3124
-  A +

İngiltərə liqa kubokunun 1/4 final mərhələsinin oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Mançester Siti" səfərdə "Leiçester"in qonağı olub və rəqibini 3:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb.

Digər oyunda isə "Sanderlan" öz meydanında "Çelsi"ni qəbul edib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə edilmiş vaxtın son dəqiqələrində isə meydan sahibləri qələbə qolunu vurub. Bununla da "Çelsi" mübarizəni dayandırıb. "Sanderlan" isə yarımfinala vəsiqəni təmin edib. 

Qeyd edək ki, bu gün keçiriləcək iki oyunla digər yarımfinalçılar da məlum olacaq.






17 dekabr

İngiltərə liqa kuboku, 1/4 fianl

"Leiçester" - "Mançester Siti" - 1:3
Qollar:
Kolarov, 8 (0:1), Dzeko, 41 (0:2), 53 (0:3), Dyer, 77 (1:3)

"Sanderland" - "Çelsi" - 2:1
Qollar:
Kattermol, 46-avtoqol (0:1), Borini, 89 (1:1), Sunq Yunq, 119 (2:1)



18 dekabr

"Stok Siti" - "Mançester Yunayted"

"Tottenhem" - "Vest Hem"

Son xəbərlər