Türkiyə kuboku: "Qalatasaray" penaltilərdə sevindi

Türkiyə kuboku: "Qalatasaray" penaltilərdə sevindi
DÜNYA FUTBOLU 4 Dekabr 2013 / 01:20 2945
-  A +

Futbol üzrə Türkiyə kubokunda IV turun oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Superliqa təmsilçisi "Elazığspor" "Bandirmaspor"un qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

"Qalatasaray" öz meydanında "Qaziantep"lə qarşılaşıb. Görüş əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatdığından oyunun taleyi penaltilər seriyasında həll olunub. Zərbələri daha dəqiq yerinə yetirən "Qalatasaray" 6:5 hesabı ilə qalib gəlib.

Digər Superliqa təmsilçisi "Antalyaspor" doğma meydanda "Cankirispor"u qəbul edib və 4:2 hesablı qələbə qazanıb.


3 dekabr

Türkiyə kuboku, III turun oyunları

"Bardinmaspor" - "Elazığspor" - 0:2

"Qalatasaray" - "Qaziantep" - 2:2 (Penaltilər seriyası - 6:5)

"Antalyaspor" -
"Cankirispor" - 4:2


4 dekabr

"Tavsanli Linyitspor" - "Akhisar"
 
"Tokatspor" - "İstanbul Böyükşehir"

"İnegolspor" - "Qaziantepspor"

"Balikesirspor" - "Trabzonspor"

"Sivasspor" - "Silivrispor"

"Gənclərbirliyi" - "Nazilli Belediyespor"

"Fənərbaxça" - "Fethiyespor"

"Adana Demirspor" - "Bursaspor"


5 dekabr

"Tarsus" - "Erciyesspor" 

"Eskisehirspor" - "Belediye Vanspor"


Son xəbərlər