Türk həkimlərindən şad xəbər: Arda Turanın həyatı üçün təhlükə yoxdur!

Türk həkimlərindən şad xəbər: Arda Turanın həyatı üçün təhlükə yoxdur!
DÜNYA FUTBOLU 17 Noyabr 2008 / 10:44 5650
-  A +

Dünən «İstanbul Böyükşəhər Bələdiyyəspor» klubu ilə keçirilən görüşün 78-ci dəqiqəsində ürəyində problemlər yaranan və təcili olaraq xəstəxanaya çatıdırılan «Qalatasaray»ın və Türkiyə yığma komandasının futbolçusu Arda Turan rahatsızlığının səbəbləri bəlli olub. Türkyiə yığman komandasının baş məşqçisi Fatih Terim Arda Turanın bir həftə öncə «Fənərbaxça»yla keçirilən derbi matçından sonra rahat yata bilmədiyini söyləyib. Ardanın atası isə gənc futbolçunun hər şeyi özünə dərd etdiyini söyləyib.

Bakırköy Acıbadəm Xəstəxanasından verilən məlumata görə, hazırda Arda Turanın səhhəti normaldır. Xəstəxanadan futbolçunun həyatının təhlükədə olmadığı, gərəkli işlər görüldükdən sonra Ardanın evə buraxılacağı bildirilib.

 

 

 


Son xəbərlər