Con Terri İngiltərə millisindən getdi

Con Terri İngiltərə millisindən getdi
XƏBƏR 24 Sentyabr 2012 / 12:46 1560
-  A +

İngiltərə yığmasının kapitanı Con Terri yığmadan gedəcəyini bildirib. Qol.Az-ın məlumatına görə, bu barədə "BBC News" xəbər yayıb.

Futbolçunun dediyinə görə, bu addımı atmasının səbəbi İngiltərə Futbol Assosiasiyasının onu irqçilikdə günahlandırmasıdır.

Xatırladaq ki, Con Terri “Kvinz Park Reyncers”in qaradərili futbolçusu Anton Ferdinanda qarşı irqçi hərəkətdə ittiham edilirdi.
 
Bundan sonra Terri ictimaiyyətin təzyiqi ilə yığmanın kapitanlıq sarğısını belə itirməli olmuşdu. Qalmaqal həm də yığmanın baş məşqçisi Fabio Kapellonun istefasına gətirib çıxarmışdı. Maraqlıdır ki, Terri hətta məhkəməyə verilib, amma bu ilin iyulunda məhkəmə ona bəraət qazandırıb.

Onu da vurğulayaq ki, Con Terri İngiltərə yığmasını heyətində 78 oyuna çıxıb.

Daha çox


Son xəbərlər