Kolumbiya Futbol Federasiyasının prezidenti Bakıda

Kolumbiya Futbol Federasiyasının prezidenti Bakıda
XƏBƏR 21 Sentyabr 2012 / 17:16 1325
-  A +

Sabah - sentyabrın 22-də FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə start veriləcək.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması ilk oyununu Tofiq Bəhramov adına Respublika stadionunda Kolumbiya yığmasına qarşı keçirəcək.
 
Qeyd edək ki, qarşılaşmanı izləmək üçün Kolumbiya Futbol Federasiyasının prezidenti Luis Bedoya Giraldo Bakıya gəlib.

Son xəbərlər