Elxan Məmmədov: “Gərək qızlar böyüsün ki, çempionat keçirək”

Elxan Məmmədov: “Gərək qızlar böyüsün ki, çempionat keçirək”
XƏBƏR 21 Sentyabr 2012 / 15:09 1910
-  A +

Sabah Bakıda start götürəcək U-17 qızlar arası dünya çempionatı öncəsi təşkil olunan mətbuat konfransında iştirak edən AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanda qadınlar arasında futbol üzrə ölkə çempionatının keçirilməməsinə aid verilən sualı cavablandırıb.

Qol.Az-ın məlumatına görə, Məmmədov bunun üçün zamana ehtiyac olduğunu bildirib: “Bizdə hazırda iki yaş qrupu üzrə çempionat keçirilir. Söhbət  15 və 17 yaşlı qızlardan gedir. Ümumiyyətlə, qadın futbolu yeni inkişaf mərhələsinə qədəm qoyub. Böyüklər arasında çempionat keçirməyə gəlincə, qızlar gərək böyüsün ki, çempionat keçirək. Bunun üçün bir qədər zamana ehtiyacımız var”. 

Daha çox


Son xəbərlər