"Partizan"ın kapitanı: "Neftçi" ilə oyunda qələbə qazanmalı idik"

"Partizan"ın kapitanı: "Neftçi" ilə oyunda qələbə qazanmalı idik"
XƏBƏR 21 Sentyabr 2012 / 13:35 2550
-  A +

"Srvena Zvezda"da mənim bir neçə yaxın dostum var. Ona görə Saşa Stamenkoviçə də hörmətlə yanaşıram. Oyundan sonra yaşananlara görə təəssüflənirəm. Ancaq "Partizan"ın futbolçuları gənc olduqlarından hisslərinə hakim ola bilmədilər. Mən onları sakitləşdirməyə çalışdım. Gərginliyə baxmayaraq, hər şey yaxşı qurtardı".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Partizan" klubunun kapitanı Saşa İliç "Neftçi" ilə oyundan sonra (0:0) deyib.

Serbiya mətbuatına danışan İliç daha sonra oyunla bağlı fikirlərini bölüşüb: "Oyun haqda onu deyə bilərəm ki, biz bu görüşdə qələbə qazanmalı idik. Rəqibin də təhlükəli hücumları oldu. Lakin heç bir komanda qol imlanlarından yararlana bilmədi. Bununla belə, heç-heçəyə görə üzülməyə dəyməz. Çünki "İnter" və "Rubin" klubları da heç-heçə oynayıb. Deməli, hər şey yenidən başlayacaq".

Daha çox


Son xəbərlər