Serbiyalı azarkeşlər “Neftçi”nin qapıçısına təzyiq edir

Serbiyalı azarkeşlər “Neftçi”nin qapıçısına təzyiq edir
XƏBƏR 20 Sentyabr 2012 / 23:55 2324
-  A +

“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç bu gün Avropa Liqasının qrup mərhələsində səfərdə “Partizan”a qarşı keçiriləcək oyundan əvvəl serbiyalı azarkeşlərin psixoloji təzyiqi ilə üzləşib.

Qol.Az-ın Belqrada ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, oyundan əvvəl yerli azarkeşlər Stamenkoviçi fitə basıb, onunla bağlı təhqiramiz şüarlar səsləndirib.

Qeyd edək ki, buna səbəb bir vaxtlar Stamenkoviçin “Partizan”a düşmən rəqib hesab edilən Serbiyanın başqa bir təmsilçisi “Srvena Zvezda”da oynamasıdır.

Yeri gəlmişkən, Qol.Az saytına müsahibəsində Stamenkoviçin “Partizan” azarkeşlərinin ona nifrət etdiyini, bu komandayla görüş zamanı serb azarkeşlərin onu fitə basacağını gözlədiyini bildirib.

Daha çox


Son xəbərlər