Mariya Stadnik gümüş medalla kifayətləndi (YENİLƏNİB)

Mariya Stadnik gümüş medalla kifayətləndi (YENİLƏNİB)
LONDON-2012 8 Avqust 2012 / 23:15 12004
-  A +

Bu gün XXX London Yay Olimpiya oyunlarında qadın güləşçimiz, Pekin olimpiadasının bürünc mükafatçısı  Mariya Stadnik döşək üzərinə çıxıb.

Qol.Az-ın məlumatına görə, 48 kq çəki dərəcəsində çıxış edəcək Stadnik ilk mərhələdən azad olub.

Mübarizəyə 1/8 finaldan qoşulacaq Pekin olimpiadasının bürünc mükafatçısı bu mərhələdə Şaşa Jaoya (Çin) qalib gələn amerikalı Lonq Çunla qarşılaşıb və 5:0 hesabı ilə qalib gələrək 1/4 finala çıxıb.
 
Bu mərhələdə Mariyanın rəqibi Monqolustan idmançısı O.Davasuxa qalib gələn Nina Matkovskaya (Polşa) olub. 1/4 görüşü Bakı vaxtı ilə saat 18:17-də, nəzərdə tutulduğundan 10 dəqiqə tez başlayıb. Mariya birinci hissədə 2:0, ikinci hissədə isə 4:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

Stadnik yarımfinaldakı rəqibi Yesenia Kapiraya (Venesuela) qalib gələn  İrini Merleni (Ukrayna) olub. Görüş Bakı vaxtı ilə saat 19.16-da başlamalı idi. Lakin bu qarşllaşma da planlaşdırıldığından tez başlayıb.

Mariya birinci hisddə hesabda irəlidədir. Mariya ikinci hissədə də hesabda qalib gələrək finala yüksəlib. Finalda onun rəqibi Hiltomi Obara (Yaponiya) olub. Görüş Bakı vaxtı ilə saat 23.03-də başlayıb.

ilk hissəni öz xeyrinə başa vuran güləşçimiz ikinci yarıda üstünlüyü əldən verib. Son hissədə də rəqibinə uduzan Stadnik olimpiadanı gümüş medalla başa vurub.

Qeyd edək ki, Azərbaycan qadın güləşi üzrə yarışda 2 idmançı ilə təmsil olunur. Digər təmsilçimiz Yuliya Ratkeviç isə mübarizəyə sabah qoşulacaq.

 




Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər